“Sirlərin aynası”
Mayın 7-də Vilnüs şəhərində Azərbaycanın tanınmış musiqiçiləri, pianoçu Fərhad Bədəlbəyli və dirijor Fuad İbrahimovun Litva Milli Simfonik Orkestri ilə birgə konserti keçirilib. Filarmoniyanın foyesində keçirilən konsertdən əvvəl isə Mərkəzimizin direktoru Anna xanım İbrahimbəyovanın “Sirlərin aynası” adlı fotoşəkillərdən ibarət sərgisi açılıb.
Bu “ayna”ya baxdıqda Litva ictimaiyyəti qarışıq üfüqləri, şeh damcısının əksində səmanı, ağacların budaqları arasından işığın sınmasını, bir-birinin sonsuz mənzərəsini – seyr edənlərin gözlərində və qəlblərində əks olunan təbiətin əbədi gözəlliyini və bu gözəlliyin sonsuzluğunu izlədi. Sərginin adı – həyatın ancaq sənət və elmlə dərk oluna biləcəyini deyən dahi şair Nizaminin metaforası olmuşdur.
Və təbii ki, litva kökləri olan Anna xanımın əsərlərinin Vilnüsdə nümayiş etdirilməsində heç də təsadüfi olmasa da, bir simvoliklik mövcuddur.