Введите слова для поиска

“Sirlərin aynas­ı”

“Sirlərin aynas­ı”

“Sirlərin aynas­ı”

Mayın 7-də Vilnüs şə­hərində Azərbaycanın tanınmış musiqiçilə­ri, pianoçu Fərhad Bədəlbəyli və dirijor Fuad İbrahimovun Li­tva Milli Simfonik Orkestri ilə birgə ko­nserti keçirilib. Fi­larmoniyanın foyesin­də keçirilən konsert­dən əvvəl isə Mərkəz­imizin direktoru Anna xanım İbrahimbəyov­anın “Sirlərin aynas­ı” adlı fotoşəkillər­dən ibarət sərgisi açılıb.

Bu “ayna”ya baxdıqda Litva ictimaiyyəti qarışıq üfüqləri, şeh damcısının əksində səmanı, ağacların budaqları arasından işığın sınmasını, bir-birinin sonsuz mənzərəsini – seyr edənlərin gözlərində və qəlblərində əks olunan təbiətin əbədi gözəlliyini və bu gözəlliyin sonsuzluğunu izlədi. Sərginin adı – həyatın ancaq sənət və elmlə dərk oluna biləcəyini deyən dahi şair Nizaminin metaforası olmuşdur.

Və təbii ki, litva kökləri olan Anna xanımın əsərlərinin Vilnüsdə nümayiş etdirilməsində heç də təsadüfi olmasa da, bir simvoliklik mövcuddur.