Введите слова для поиска

Təki̇ daxi̇ldən zi̇yan vurmasınlar

İndi hər yerdə vətənpərvərlik hissələrinin coşması müşahidə olunur. Bu, çox yaxşıdır. Hamı işğal olunmuş torpaqlarımızın qaytarılmasını istəyir. Çoxları bu xeyirxah məqsəd üçün öz arzularını bildirir, plan və üsullarını təklif edir: sırf sülh vasitələrindən tutmuş, ta hərbi qüvvə tətbiqini nəzərdə tutan ən radikal tədbirlərədək saysız-hesabsız təkliflər irəli sürülür. Bütün çıxışlar rəngbərəng bir mozaika yaradır ki, bu mənzərə də bizim hamımızın Dağlıq Qarabağı və ona bitişik olan işğal edilmiş əraziləri qaytarmaq əzmində olduğu-muzu son dərəcə inandırıcı şəkildə əks etdirir. Bütün bunlar yaxşıdır, lakin çıxışların əksəriyyətinə bir ümumi cəhət xas-dır: müəlliflər bizim uduzduğumuz müharibəni ya ümumiy-yətlə, yada salmırlar, ya da onu nəsə lüzumsuz və nalayiq bir şey kimi sözarası xatırlayırlar. Bəlkə buna görə də torpaqların qaytarılması prosesi onlara yetərincə sadələşdirilmiş, bəsit, daha dəqiq desək, asan bir iş kimi görünür.

Bəlkə onlar haqlıdırlar? Bəlkə xoşagəlməz və kədərli şeylərdən danışmaq lazım deyil ki, Allah göstərməsin, vətən-pərvərlərin və həddən artıq həssas vətəndaşların kəskin-ləşmiş duyğularına toxuna bilərik? Bəlkə şərəfsizcəsinə uduzduğumuz müharibəni xatırlamaq xalqın ruh yüksəkliyinə mənfi təsir göstərə bilər? Əlbəttə, uduzduğumuz müharibəni xatırlamaq hər bir normal adam üçün xoşagəlməzdir, ancaq nə etməli – lazımdır. Bu, xalqın ruh yüksəkliyinə təsir göstərmə-məlidir, çünki xalq bizim ayrı-ayrılıqda götürülmüş heç birimizdən qətiyyən ağılsız deyil, heç olmasa belə bir sadə səbəbə görə ki, xalq elə bizim hamımızın məcmusu deməkdir. Bizim rüsvayçılıqla uduzduğumuz müharibəni yada salmaq və bu barədə danışmaq isə zəruridir və heç kəs onu unutma-malıdır, çünki bu, bizim ümumi rüsvayçılığımız, bizlərdən hər birinin üz qaralığıdır, bu, şəxsən mənim rüsvayçılığımdır.