Введите слова для поиска

YAZILMAYAN MƏKTUBLAR

Maqsud İbrahimbəyov

YAZILMAYAN MƏKTUBLAR

Birinci fəsil Hamı susurdu. Bəs nə eləsinlər? Əməlli-başlı dincəlmək üçün insana ancaq sakitlik lazımdır. Ara qapısının o üzündən gələn uğultu – kondisionerin hərdən xışıltıya, mışıltıya, bəzən də az qala marçıltıya dönən səsi olmasaydı, mən deyərdim ki, bizim dincəldiyimiz bu otaqda “qu” deyəndə qulaq batırdı.

Mən də susurdum, amma anlaşılmaz bir duyğu ilə hiss eləyirdim ki, damarlarımdan axan qanım da yavaş-yavaş uyumağa başlayır:

kondisionerin az qala marçıltıya dönən uğultusu arabir fitqarışıq zəhlətökən xorultuya çevrildikcə, mən bunu açıq-aşkar hiss eləyirdim.

Uşaqlar bir-birinə sarı boylandılar, amma heç kəs yerindən tərpənmək fikrində deyildi. Axı niyə də tərpənməli idilər – hərə istədiyi yerdə yatıb dincələ bilərdi. Yatıb dincələn orkestrin rəhbəri idisə, özü də, “Yekəpər” ləqəbini royalda çalmağı bacarmadığına görə “qazanmışdısa”, demək, onun heç bir haqqını, burda yatıb dincəlmək haqqını əlindən almaq olmazdı.

Qəribədir, harada olursa olsun, bircə anda gözünə yuxu gedir.

Bir dəfə Seymurun eskalatorda yatdığını öz gözümlə görmüşəm.

Özü də, axıra çatmağa ikicə pillə qalmış yuxudan oyandı…