Введите слова для поиска

Azərbaycan xalça muzeyinin sərgisinin açılışında

Azərbaycan xalça muzeyinin sərgisinin açılışında

Azərbaycan xalça muzeyinin sərgisinin açılışında

Bir gün rəssam Tahir Salahov öz qonşusu və köhnə dostu olan yazıçı Maqsud İbrahimbəyovun evinə qonaq gedir. Dərin fikrə getmiş dostunu görən rəssam, ona deyir: “Belə otur, tərpənmə! Gözlə!” və nəhayət ki, Salahov kağız-qələmi ilə yazıçının yanına qayıdanda onun sevimlisi – iti Marsuya da artıq onlara qoşulmuşdu. Abşeron günəşi qüruba enir, rəssam isə yazıçını sanki onun hayat yoldaşı Anna’nın gözlərindən izləyərək çəkirdi.Onun bu mavi gözlərinin baxışı da portreti dövrələyən, naxışlı bir hissəsi olmuşdu.Bu hadisəni, rəssam elə sərginin açılışında, Azərbaycan xalça muzeyində danışıb. Tahir Salahovun bir neçə əsəri əsasında toxunan xalçalar, Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş bu sərgidə təmsil olunub. Burada, həmçinin artıq adı çəkilən Maqsud Ibrahimbeyovun, Heydər Əliyevin portretləri, Qara Qarayev və başqa insanların toxunmuş xalçaları da nümayiş olunmuşdur.