Введите слова для поиска

Bakı kolleclərinin tələbələ-könulluləri bizim yaradıcılıq mərkəzində

Bakı kolleclərinin tələbələ-könulluləri bizim yaradıcılıq mərkəzində

Bakı kolleclərinin tələbələ-könulluləri bizim yaradıcılıq mərkəzində

5 Fevral 2019-ci ildə bir neçə baki kolleclərinin tələbələ-könulluləri bizim yaradıcılıq mərkəzinin yerləşdiyi binanın tarixi və Maqsud İbrahimbəyovun yaradıcılığı ilə tanış oldular. Eləcə də iştirakçılara sənədli film nümayiş olundu. Daha sonra mərkəzin direktoru Anna İbrahimbəyova tərəfindən gələn tələbələrə Maqsud İbrahimbəyovun yeni nəşr olunmuş “Qoy o bizimlə qalsın” kitabı hədiyyə edildi. Bu günün möhtəşəm keçməsinə və təşkilatı dəstəyə görə Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramına, əməyi olan hər kəsə sonsuz təşəkkürümüzü bildiririk və bir daha bütün iştirakçıları bizim mərkəzdə gözləyirik.