Введите слова для поиска

“Bu kitabın rəssamı mən olsaydım” rəsm müsabiqəsi

“Bu kitabın rəssamı mən olsaydım” rəsm müsabiqəsi

“Bu kitabın rəssamı mən olsaydım” rəsm müsabiqəsi

@3alma.az:

Dəyərli izləyicilərimiz!

Yay tətilini səmərəli keçirməyiniz üçün əyləncəli təklifimiz var!

“Bu kitabın rəssamı mən olsaydım” rəsm müsabiqəsi məhz sizin üçündür!

Müsabiqədə həm Azərbaycan dilli, həm də rus dilli oxucular iştirak edə bilərlər. Nəzərinizə çatdıraq ki, Maqsud İbrahimbəyovun məşhur hekayələri hər iki dildə – “Uşaqlığın son gecəsi” və “Последняя ночь детства” adı ilə nəşr olunub. Müsabiqədə iştirak etmək üçün ən əsas şərt bu hekayələri oxumaq və kitabdakı hekayələrdən birinin məzmununa uyğun olaraq rəsm çəkməkdir. Kitabı almaq istəyənlər @libraff.az və digər kitab mağazalarına müraciət edə bilərlər.

Yaşı 9-16 arası istedadlı uşaq və yeniyetmələr avqustun 25-dək LİBRAFF Park Akademiya mağazasına əsəri təqdim etməklə müsabiqəyə qatıla bilərlər. Ünvan: Hüseyn Cavid pr.100.

Qaliblərin rəsmləri 3 gün müddətində “Maqsud İbrahimbəyov yaradıcılıq mərkəzi”ndə sərgilənəcəkdir.

Əlaqə nömrəsi 050 290 49 03