Введите слова для поиска

Maqsud və Rüstəm İbrahimbəyov İçərişəhərdə

Maqsud və Rüstəm İbrahimbəyov İçərişəhərdə

Maqsud və Rüstəm İbrahimbəyov İçərişəhərdə

Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarının yaradıcılığı onların doğma Bakı şəhəri və İçərişəhərlə ayrılmaz şəkildə bağlıdır. Onların əsərlərinin qəhrəmanları bu küçələrdə addımlayır, bu səma altında dostlaşır, sevib-sevilir, həsrət çəkir, daxili çəkişmələrdən əzab çəkir, mühim qərarlar verirdilər. İbrahimbəyov qardaşları özləri də həmin küçələrdə gəzməyi sevərdilər. Qeyd edək ki, onların anası Fatmaxanım İçərişəhərdə məhz indi Mərkəzimizin yerləşdiyi evdə anadan olub.