“Hekayələr Sehrində” kitabının təqdimatı
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Ülkər Ayçiçəyin «Hekayələr sehrində» kitabının təqdimatı keçirilib.
Səmimi və mehriban atmosferdə qonaqlar müəlliflə ünsiyyət qurub, kitabın yaranma tarixçəsi ilə tanış olub, yaradıcılıq, ümid və özünə inam haqqında söhbət ediblər.
Bu görüş bir daha xatırlatdı ki, insanda ən vacib olan onun – şəxsiyyəti, istedadı və yaratmaq istəyidir.
