IstedArt layihəsinin dördüncü mövsümü başa çatıb
“İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi və Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzinin reallaşdırdığı IstedArt layihəsinin dördüncü mövsümü başa çatıb. Bunun şərəfinə isti, işıqlı, şən və dadlı bayram təşkil edilmişdir. Mərkəzin direktoru Anna İbrahimbəyova isə öz çıxışında bu layihənin şəxsən onun üçün nə qədər vacib olduğunu, onlarla məşğul olan uşaq və rəssamlarla ünsiyyətdən nə qədər zövq və pozitivlik aldığını, inkişaf xüsusiyyətləri və ya valideyn himayəsindən məhrum olan uşaqlara öz yaradıcılıq potensiallarını açıqlamağa kömək göstərdiyimizi bildirdi. Uşaqları, onların istedadlı müəllimlərini təbrik edirik və inanırıq ki, gələn mövsüm daha parlaq, uğurlu və maraqlı olacaqdır.