Введите слова для поиска

Məmməd dayi tanınmış ovçudur

Maqsud İbrahimbəyov

MƏMMƏD DAYI  TANINMIŞ OVÇUDUR

Tərcüməçi: Əyyub Qiyas

Yay gələn kimi dözülməz bürkü başlayır, isti axşamlar bir-birini əvəz edir, gecələr səmada ulduzlar parlayır, alaqaranlıq evlərin damını öz ağuşuna alır, yüngül meh əsir, yarpaqlar titrəyir. Bu vaxt qadınlar açıq qapıların önündə dayanıb hərəsi bir mərtəbədən səslənərək son xəbərləri bir-birinə çatdırırlar, həyət uşaqları səs-küy, dava-dalaş salır, ora-bura qaçaraq sanki inanılmaz dərəcədə çətin bir yarışa başlayırlar və bu vaxt Məmməd dayı aynabəndə çıxır. O, sakitcə siqaret çəkərək uşaqlara baxır.

Məmməd dayının qəribə tütünü var: adamlar bu tütünün tüstüsündən yayılan qoxunu hiss edir və ondan mümkün qədər aralı dayanır, nəfəs almamağa çalışırlar. Bu tütünü Məmməd dayı özü yetişdirir. Əgər arvadı Şura xala evə bir şey aldırmaq istəyirsə, onda əvvəlcə bu heyrətamiz tütünü tərifləyir. Dünən axşam qonşular Şura xalanın təzə paltarına “mübarəkdir” deyirdilər.

Məmməd dayı ovçudur. Bu onun peşəsi deyil, ancaq ov edərkən bütün fikrini ova yönəldir və Şura xalanın yanaşmasına görə, adam gərək boş vaxtlarında da fikrini bir yerə cəmləyə bilsin.

Читать далее