Введите слова для поиска

Ədəbiyyat dərsi

Ədəbiyyat dərsi

Ədəbiyyat dərsi

Üç gün ərzində Mərkəzimizdə açıq ədəbiyyat dərslərində Oxbridge Akademiyasının VI sinif şagirdləri Maqsud İbrahimbəyovun “Püstə ağacı” və
“Qoy o bizimlə qalsın” əsərlərini müzakirə etdilər.
Bu görüşləri çətin ki, ciddi bir “dərs” adlandırmaq olar – qeyri-rəsmi və mehriban bir mühitdə uşaqlar öz oxuduqları əsərlərlə bağlı təəssüratlarını direktorumuz Anna İbrahimbəyova və bir-birləri ilə bölüşür, qəhrəmanlardan kimlərin onlara daha yaxın olduğunu, onların yerində olsalardı necə davranardılar, hətta ev heyvanları haqqında danışırdılar. Uşaqların mehribanlıq, nəciblik, insana lazım olan xarakter xüsusiyyətləri kimi ciddi mövzularda fikirləri bizi xoş mənada təəccübləndirdi.
Görüşlərin sonunda məktəblilər Maqsud İbrahimbəyovun muzeyinə baxıb, yaradıcılığını kəşf etməyə başladıqları yazıçının şəxsiyyəti və həyatı ilə yaxından tanış olublar.