Введите слова для поиска

“Tutulmuş yer”

“Tutulmuş yer”

“Tutulmuş yer”

Azərbaycan Respublikası Təhsil Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi və NG Creators Fantastik İdeyalar Klubu Maqsud İbrahimbəyovun “Tutulmuş yer” fantastik hekayəsi əsasında ən yaxşı esse üzrə müsabiqə keçirib. Müsabiqədə Bakı şəhərinin mərkəzi məktəblərinin 7-8-ci sinif şagirdləri iştirak ediblər. Müsabiqənin əsas şərtlərindən birinə görə iştirakçılar suala cavab verməli idilər: “İçərişəhər” tarixi qoruğunun mənəvi-tarixi canlanması üçün yazıçı M.İbrahimbəyov “Tutulmuş yer”-i azad etmək üçün nə təklif edir? İçərişəhərin yadplanetlilərin ziyarət edə biləcəyi mistik binasını müəyyən etmək üçün iştirakçıların müəllif fotoşəkilləri də qiymətləndirilib. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində keçirilən mükafatlandırma mərasimində Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev, Nazirliyin məsləhətçisi Sevinc Həsənova və yaradıcılıq ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Müsabiqə iştirakçıları diplom və sertifikatlarla təltif olunublar. Mərkəzin direktoru Anna İbrahimbəyova da uşaqlara Maqsud İbrahimbəyovun hekayələr toplusunu hədiyyə edib, fantastika yazıçısı Aleksandr Hakimov isə şəxsi kitabxanasından ötən əsrə aid fantastik hekayələr toplusundan danışıb.