Введите слова для поиска

NEMO Beynəlxalq Təşkilatı Bakıda

NEMO Beynəlxalq Təşkilatı Bakıda

NEMO Beynəlxalq Təşkilatı Bakıda

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində (NEMO) İdarə Heyətinin iclası keçirilmişdir

14-15 fevral tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin üzvü olduğu Avropa Muzey Təşkilatları Şəbəkəsinin (NEMO) İdarə Heyətinin üzvləri və İcraçı Direktoru Azərbaycana səfəri başlamışdır. Səfərdə məqsəd 14 fevral tarixində muzey əməkdaşları üçün muzey işinin təşkili və idarə olunmasına dair master-klasın, 15 fevral tarixində isə “İçərişəhər” DTMQİ-nin ev sahibliyi etdiyi NEMO İdarə Heyətinin iclasının keçirilməsidir.
Səfər çərçivəsində qonaqlar bu gün Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində qapalı hesabat yığıncağı keçiriblər, dahi şəxsiyyət Maqsud İbrahimbəyovun həyat və yaradıcılığı və Mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.