Введите слова для поиска

“Uşaqlığın son gecəsi”

“Uşaqlığın son gecəsi”

“Uşaqlığın son gecəsi”

”3 alma” nəşriyyatı Maqsud İbrahimbəyovun “Uşaqlığın son gecəsi” toplusunu yeniyetmələr üçün artıq kult olan əsərlərini çap etdirib.“Püstə ağacı”, “Müharibənin 1001 gecəsi”, “Qonşumuz Makedon” – bu və digər hekayələr həm məktəblilərdə, həm də əksəriyyətinin uşaqlıqda oxumuş olduğu valideynlərdə dərin təəssürat yaradacaq.Bu hekayə və povestlər, Maqsud İbrahimbəyovun bütün əsərləri kimi, incə psixologizmi və canlı portretləri ilə, o cümlədən Bakı şəhərinin portreti ilə seçilir – o şəhərdə ki, gənc qəhrəmanlar böyüklərlə bərabər əsasda müharibənin çətinlikləri ilə üzləşirlər, həyatda ilk ciddi seçimlə qarşılaşırlar, yaxşı ilə pisi ayırd etməyi öyrənirlər, dostluq etməyi, aşiq olmağı…
Kitabın dərin təsiredici önsözü hekayələrə Maqsud bəyin gözü ilə baxmağa imkan verir. Kitab toplusu bütün ailə üçün əla hədiyyə olacaq.