Введите слова для поиска

Qədim yunan dilindən tərcümə

Diaspor (yunanca diaspora – səpələnmə deməkdir) – bizim eradan əvvəl Fələstin hüdudlarından kənarda məskunlaşmış yəhudilərin məcmusu. Müasir dillərdə diaspor dedikdə öz mənşə ölkəsindən kənarda yaşayan etnik qruplar nəzərdə tutulur.

Sovet dövründə xarici ölkələrdə səfərdə olan azərbaycanlılar oralarda qalmırdılar. Turist, işgüzar və ya elmi nümayəndə heyətlərinin tərkibində xaricə getmək xoşbəxtliyi nəsib olmuş soydaşlarımız hökmən Bakıya qayıdırdılar. Ermənilər, ukraynalılar, ruslar, gürcülər, qazaxlar – bir sözlə, bütün sovet respublikalarının nümayəndələri müvəqqəti olduqları ölkələrdə sığınacaq alır və həmişəlik orada qalırdı. Bütün SSRİ xalqları tədricən dünyanın çoxsaylı güşələrində diaspor yaradırdı, təkcə bizim qanunpərəst soydaşlarımızdan başqa. Xarici səfərflərdən geri qayıtmayan minlərlə sovet vətəndaşı Avropa və Amerika ölkələrində cəmləşir, Avstraliya və Yeni Zelandiya kimi iqtisadi baxımdan əmin-amanlıq hökm sürən başqa ölkələrdə də yurddaş cəmiyyətləri yaradılırdı. Yalnız bizim həmvətənlərdən başqa – onlar vətənlə müvəqqəti ayrılıqdan sonra heyrətamiz bir sabitliklə təkbaşına və ya qrup şəklində Bakıya qayıtmaqda davam edirdilər. Həmin illərdə «Letət pereletnıe ptiüı» «Köçəri quşlar uçur» adlı bir populyar mahnı vardı. Həmin mahnının nəqəaratı hələ də yadımdadır:

«A ə ostaösə s toboö naveki, rodnaə strana,

Ne nujen mne bereq tureükiy i Afrika mne ne nujna!»