Введите слова для поиска

Yalçın Adıgözəlov

Yalçın Adıgözəlov

Yalçın Adıgözəlov

1974-cü İldə Maqsud İbrahimbəyovun əsərlərindən ekranlaşdırılmış filmdə Bakı Musiqi Məktəbinin şagirdi rol alıb. Təxminən, yarım əsr sonra isə mərkəzimizdə Maqsud İbrahimbəyovun yenidən dirçəltdiyi “Əsilzadələr məclisi” ona ailəsinə məxsus şəhadətnaməni təqdim etdikdə o bizə uşaqlığının bu parlaq epizodundan danışdı.

Söhbət hələ 2002-ci ildə “Əsilzadələr məclisi”-nə qəbul edilmiş məşhur dirijor Vasif Adıgözəlovun oğlu, Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovdan gedir. Maqsud İbrahimbəyov və bu istedadlı musiqiçi ailəsinin çoxillik dostluqlarının əsasında məhz incəsənət dayanır. Yalçın bəyi, onun gözəl ailəsi ilə birlikdə mərkəzimizdə görmək bizim üçün çox xoş idi.