Введите слова для поиска

“Libraff” kitab mağazasında “Qoy o bizimlə qalsın” kitab təqdimatı

“Libraff” kitab mağazasında “Qoy o bizimlə qalsın” kitab təqdimatı

“Libraff” kitab mağazasında “Qoy o bizimlə qalsın” kitab təqdimatı

Əziz dostlar, tələbələr, məktəblilər, və Maqsud İbrahimbəyovun yaradıcılığının bütün pərəstişkarları!

Sizi aprelin 17-də 15:00 “Libraff” kitab mağazasında: Hüseyn Cavid, s. 100 ünvanında keçiriləcək,Maqsud İbrahimbəyovun “Qoy o bizimlə qalsın” kitab təqdimatına dəvət edirik.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi tərəfindən rus, azərbaycan və ingilis dillərində nəşr olunmuş topluya, iki məşhur povest daxildir: “Qoy o bizimlə qalsın” və “ Butun yaxşılıqlara görə ölüm”. Hər İki əsərin mərkəzində yeniyetməlik dövrü, həyatın ilk dərsləri, cəsarət, sevgi və bağışlamaq kimi nəcib mövzular əsas yer tutur.

Təqdimat mərasiminin qonaqlarını Yaradıcılıq Mərkəzinin direktoru və Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyova qarşılayacaq. Oxbridge Academyasının şagirdləri “Qoy o bizimlə qalsın”povesti əsasında hazırladıqları teatr etüdunu göstərəcək, populyar müğənni və bəstəkar Murad Arif isə Maqsud İbrahimbəyovun azərbaycan dilinə tərcümə olunmuş “Əlvida, Miledi” hekayəsini söyləyəcək.Bununla bağlı hər kəs öz fikir və düşüncələrini bölüşə biləcəklər.

Təqdimatda, öz musiqi töhfələrini ifa edəcək gənc pianoçu Vüsal Aydəmirov və tar ifaçısı İbrahim Babayev tərəfindən yaradılmış Maqsud İbrahimbəyova həsr olunmuş əsər təqdim olunacaqdır.

“Qoy o bizimlə qalsın” toplusunu həm təqdimat zamanı, həm də sonra istənilən “Libraff” şəbəkəsinin mağazalarından əldə etmək mümkün olacaq. Bu kitabın satışından əldə olunan bütün vəsaitlər “Nargis” xeyriyyə fondu tərəfindən, ehtiyacı olan uşaqlara yardım kimi göndəriləcək.