Введите слова для поиска

Qarabağ müharibəsi veteranlarına həsr olunmuş poetik gecə keçirilib

Qarabağ müharibəsi veteranlarına həsr olunmuş poetik gecə keçirilib

Qarabağ müharibəsi veteranlarına həsr olunmuş poetik gecə keçirilib

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Qarabağ müharibəsi veteranlarına həsr olunmuş poetik gecə keçirilib. Bu gecənin əsas qəhrəmanları Qarabağ veteranı Sahil Məmmədov və onun haqqında şeir yazan Israilli oğlan Kostya Vararu oldu.

Səkkiz yaşlı Kostya Vararu- Sankt-Peterburqdan İsrailə köçən yeni repatriantdır. O, həkim olmaq arzusundadır. O ailə dostu Qarabağ müharibə iştirakçısı Sahil Məmmədova heyrandır. Kostya Sahil Məmmədova şeir həsr etmiş, poeziya müsabiqəsin də birinci yer olaraq qalib olub və Bakıya səfər etmək üçün şans qazanmışdır.

Bu görüşdə qəhrəman Sahil Məmmədov, “AZIZ” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının direktoru Lev Spivak, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri Əsgər Ələkbərov və Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov iştirak etmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində atılan addımlar bizim üçün örnəkdir. Ölkə başçısı qazilərə böyük diqqətlə yanaşır. “İsrailli Kostyanın Qarabağ veteranına həsr etdiyi şeir iki xalq arasında dostluqdan xəbər verir”, – deyə Fuad Muradov vurğulayıb.

Gecə də Kostya öz şeirini oxumuş, Yaradan layihəsinin uşaqları bu şeir əsasında performans və onu təsvir edən rəsmləri nümayiş etmişlər. Eləcə də Bakı yəhudi məktəbinin şagirdləri də çıxış etdilər, Qarabağın daha bir Qəhrəmanı Albert Aqarunova haqqında şeirlər söylədilər. Şairə Leyla Bəyim isə uşaqlara həsr olunmuş şeirini oxuyub. Vüsal Aydemirov və İbrahim Babayev “Qarabağ” musiqi əsərini ifa ediblər.

Bütün bunlardan əlavə, bu axşam sənətin müxtəlif millətləri və yaşlı insanları bir-birinə yaxınlaşdıra biləcəyəni əyani şəkildə göstərmişdir. Müxtəlif ölkə və nəsillərin nümayəndələrini birləşdirən bu yeni kreativ format, ilk növbədə insanların, öz səmimiyyəti ilə qarşılıqlı ilhamlanması üçün geniş imkanlar yaratmışdır.