Введите слова для поиска

Qurd-quş bi̇zi̇ qorxutmur

Bir neçə il bundan əvvəl planetin bütün televiziya kanalları Ermənistan parlamentində bir qrup yaraqlının törətdiyi terror aktını göstərdi. Şübhəsiz, bu, dünya təcrübəsində görünməmiş terror aktı idi. Bir neçə silahlı adam mühafizə olunan parlament binasına soxularaq ümumi iclasın onlarca iştirakçısının gözü qarşısında parlamentin rəhbərlərini avtomat silahla güllələdi. Görünür, açıq-aşkar “təsadüfən” məhz qarşıdakı prezident seçkilərində real və əsas namizədləri güllələdilər.

Əlbəttə, Avropa ictimaiyyəti hiddətləndi və Avropa Şurası Parlament Assambleyasının simasında bu hadisələrə öz münasibətini bildirdi. Doğrudur, prezidentliyə əsas namizəd-lərin qətlə yetirilməsi ilə əlaqədar dünya elə bir xüsusi bəyanatlar eşitmədi. Güman etmək olar ki, AŞPA-nın və ATƏT-in rəhbərləri daxilən qeyzlənmişdilər, lakin siyasi nəzakət xatirinə bunu ətrafdakılardan gizlədə bildilər. Zahirən seçkiqabağı nou-xauya sakit və təmkinlə yanaşdılar. Əslində, onlar bu faciəli hadisəni yerli xalq adəti kimi qiymətləndirdilər və hər halda, bununla əlaqədar ətraflı araşdırmalar aparılmasını arzu etdiklərini bildirdilər.

Həmin vaxt Ermənistan prezidenti olan Robert Koçaryan müvafiq tapşırıqlar verdi, istintaq qanunun bütün ciddiliyi ilə aparıldı, məhkəmədə terrorçuların günahı inandırıcı şəkildə sübuta yetirildi və onların hamısı həbsxanaya salındı. Lakin hadisədən sonra keçirilən seçkilər ən kəskin şəkildə tənqid edildi. Bəyan olundu ki, Ermənis-tanda prezident seçkilərində pozuntulara yol verilmiş, bəzi məntəqələrdə isə qanun kobud şəkildə pozulmuşdur, lakin bütövlükdə, seçkilər praktiki olaraq məqbul sayıldı. Oyun alındı, seçkiqabağı yürüşün lap əvvəlində qələbə şansını itirmiş Koçaryan meydanda rəqibsiz qaldı və onu arxayınca yenidən ölkənin prezidenti seçdilər. Maraqlı tərəflərin hamısı razı qaldı.