“Rolls Royce” tamaşası

“Rolls Royce” tamaşası Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr olunub. Səhnə əsəri yazıçının “Əlahəzrət Rolls Royce” pyesinin motivləri əsasında hazırlanıb. Tamaşa ironiya və qrotesk janrında səhnələşdirilib. Quruluşçu rejissor – Anar Atakişiyev, bədii rəhbər – filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva. Tamaşa Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin tələbəsi tərəfindən qurulub və aktyor fakültəsinin istedadlı tələbələrinin iştirakı ilə ərsəyə gətirilib. Əsərdə mənəvi və maddi dəyərlərin dəyişməsi, həmçinin insanın cəmiyyətdəki daxili ziddiyyətləri bədii şəkildə əks etdirilir.
