Введите слова для поиска

Tanınmış tarixçi və bələdçi Fuad Axundovun mühazirəsi

Tanınmış tarixçi və bələdçi Fuad Axundovun mühazirəsi

Tanınmış tarixçi və bələdçi Fuad Axundovun mühazirəsi

Neft bumu dövründə sürətlə inkişaf edən Bakı təkcə dünyanın hər yerindən olan sənayeçiləri və iş adamlarını deyil, həm də onun cəsarətli və eyni zamanda gözəl cənub gözəlliyindən ilhamlanan şairləri də cəlb etmişdir.

O illərdə Bakıda olmuş məşhur rus şairləri Sergey Yesenin və Vladimir Mayakovski ona heyranedici şeirlər həsr etmişlər. Onilliklər sonra isə Bakıya vurulan və bu gün də Rusiyada müəllif mahnıları janrının banilərindən olan Aleksandr Qorodnitski onu ürəkdən sevməyə davam edir.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində tanınmış tarixçi və bələdçi Fuad Axundovun mühazirəsi bu şairlərə həsr olunmuşdur. Çox rəmzi haldır ki, “Yesenin, Mayakovski və Qorodnitski poeziyasında Bakı” adlı bu mühazirə məhz bizim mərkəzimizdə səslənmişdir.

Yesenin, Mayakovski və Gorodnitski – öz yaradıcılığının üslub və xarakterinə görə çox fərqli, lakin eyni dərəcədə istedadlı və ictimaiyyət tərəfindən sevilən üç şair. Bütün üçlüyün yaradıcılığında da Bakının obrazı xüsusi yer tutur.

Küləklər və neft şəhərinə həsr olunmuş şeirlər, üç şairin Bakıya olan heyranedici məhəbbətindən Fuad Axundov öz mühazirəsində danışdı. Həmçinin Bakının 19-20-ci əsrlərə aid tarixi, iqtisadi və mədəni proseslərin təsiri altında simasının dəyişməsi haqqında danışdı.

Məlum olduğu kimi, Fuad Axundov nəinki çox bilikli, həm də çox istedadlı hekayəçidir. Bunun sayəsində mühazirə dinləyiciləri tam ələ keçirərək, onlara parlaq emosiyalar və təəssüratlar bəxş etməklə daha da maraqlı keçdi.