Введите слова для поиска

YARADAN yaradıcı birliyi “Gözəl bir gün” festivalı çərçivəsində uşaqlar üçün sevinclə dolu növbəti bir gün təşkil etdilər

Maqsud İbrahimbəyovun həyat və yaradıcılığı ilə təmasda olan hər bir şey özündə yaşamaq istəyi, sevmək və yaratmaq hissini daşıyır. Elə bundan ilhamlanaraq biz də Maqsud müəllimin Yaradıcılıq Mərkəzi ilə birlikdə “Gözəl bir gün” festivalı çərçivəsində uşaqlar üçün sevinclə dolu növbəti bir gün təşkil etdik.

Beləliklə bir gözəl gün də yaşandı, təqvimdə xüsusi qeyd olunmayan lakin xatirələrdə qalan gün. Əlvan rənglər, dadlı yeməklər, bizə qoşulan hər bir uşaq və böyüyün ürəkdən gülüş və əsl sevinci, doğma diyarımızın günəşinin qayğıkeş və mülayim toxunuşu, Xəzərin üzərində dalğalanan çərpələnglər – azad uçuşu ilə gözəl bir gün kimi yaddaşlara yazılacaqdır.

İştirakçıların hər birinin istəyini səsləndirərək Baku Crystal Hall-a, İçərişəhər dövlət tarix-memarlıq qoruğuna, Dənizkanarı bulvar idarəsinə və bu gün bizimlə olan hər kəsə öz böyük minnətdarlığımızı çatdırmaq istəyirik.